Xəbər lenti

Müdafiə məsələləri üzrə Avropa komissarı Litvanın nümayəndəsi olacaq -
Dünya 13:38 09.09.2024

Müdafiə məsələləri üzrə Avropa komissarı Litvanın nümayəndəsi olacaq - "Politico"

Litva nümayəndəsi Andrius Kubilius Ursula fon der Lyayenin yeni Avropa Komissiyasında Təhlükəsizlik, Müdafiə Sənayesi və Kosmos üzrə komissarı ola bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə mənbələrə istinadən "Politico” məlumat yayıb.

Nəşr xatırladır ki, fon der Lyayen daha əvvəl qeyd edib ki, yeni müdafiə komissarı vəzifəsi Mərkəzi və ya Şərqi Avropadan olan birinə verilməlidir.

Kubilius Avropa Parlamentinin xarici əlaqələr üzrə ixtisaslaşmış üzvüdür. Litvanın nümayəndəsi təcrübəli siyasətçidir. Onun baş nazir kimi 5 ildən artıq təcrübəsi var. Kubilius bu vəzifəni iki dəfə tutub.

Qeyd olunur ki, siyasətçi 2008-ci ildəki maliyyə böhranı zamanı Litvaya rəhbərlik etdiyindən böyük hörmətə malikdir.

O, həmçinin Ukraynanı fəal şəkildə dəstəkləyir, xüsusən də Kiyevə daimi hərbi dəstək verilməsinin vacibliyini vurğulayır və Rusiyanın bütün dondurulmuş aktivlərindən istifadə edərək, Moskvanı Ukraynanın bərpası üçün qanun layihəsini ödəməyə məcbur etməyə çağırır.

Vilnüsdə Kubilius bütünlüklə Ukrayna məsələlərinə həsr olunacaq dövlət qurumu və ya nazirliyinin yaradılmasını da təklif edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->