Meta Platforms generativ süni intellekt modellərini öyrətmək üçün Avropada sosial media məzmunundan istifadə etməyə başlamağı planlaşdırır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” şirkətə istinadən
yazır.
Meta Avropa Birliyindəki insanların Instagram və Facebook kimi platformalarda açıq şəkildə paylaşmağı seçdiyi məzmundan istifadə edərək, böyük Llama dili modellərini öyrədəcək.
Bu addım, ciddi AB məxfilik və şəffaflıq qaydalarına dair xəbərdarlıqlara baxmayaraq, şirkətin Avropadakı yanaşmasını dünyanın hər yerindən AI modellərinə ötürülən məlumatlara münasibətinə uyğunlaşdırır.
Keçən ay sosial media nəhəngi Avropa regionunda və İngiltərədəki Facebook və Instagram istifadəçilərini süni intellektin inkişafı və təkmilləşdirmək üçün Meta xidmətlərində yerləşdirilən ictimai məlumatlardan necə istifadə etdiyi barədə xəbərdar etməyə başlayacağını bildirib.
Lakin "Noyb” insan haqları qrupu Aİ ölkələrində bu addıma etiraz edir. O, bu bildirişlərin qeyri-kafi olduğunu iddia edir, çünki AB məxfilik qaydaları Meta-dan istifadəçilərin məlumatlarından istifadə etmək üçün razılıq almasını tələb edir.
Alpər
Şərhlər