İşğaldan azad olunmuş ərazilərdə minaaxtarma əməliyyatları üzrə fəaliyyət göstərən "Safe Point" Qapalı Səhmdar Cəmiyyəti (QSC) cərimələnə bilər.
Qaynarinfo xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə ittiham edilir.
Bu maddə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi ilə bağlıdır.
İşə Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə baxılacaq.
485.2-ci maddəyə əsasən, vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər isə 1500 manat məbləğində cərimə edilir
"Safe Point" QSC 2022-ci ildə təsis edilib. Şirkətin təsisçilərindən biri mərhum Azad Rəhimovun oğlu Arif Rəhimovdur. Azad Rəhimov 2006-2021-ci illərdə gənclər və idman naziri vəzifəsində işləyib. O, 2021-ci ilin aprelində ağciyər xərçəngindən dünyasını dəyişib.
Seyid
Şərhlər