Xəbər lenti

Məktəblərdə ləhcə ilə danışmaq qadağan edilə bilərmi?
Ölkə 14:30 30.06.2022

Məktəblərdə ləhcə ilə danışmaq qadağan edilə bilərmi?

Jurnalist Azər Həsrət illərdir müzakirə olunan, amma heç cür həllini tapmayan bir  məsələ - orta məktəblərdə tədris zamanı müəllimlərin ləhcə ilə danışması probleminə toxunub. Onun sözlərinə görə, müəllim məktəbdə ləhcə ilə danışmamalıdır:
 
"Biz deyirik ki, məktəb müəllimləri, ümumiyyətlə pedaqoqlar dərs müddətində ləhcə ilə danışmasınlar”. 

Təhsil eksperti Elçin Əfəndi Qaynarinfo-ya açıqlamasında bildirib ki, ümumiyyətlə, orta ümumtəhsil məktəblərində və eyni zamanda ali təhsil müəssisələrində çalışan müəllimlər ləhcə ilə danışmalı deyillər:

"Onların konkret olaraq dərs dedikləri üçün elmi üsulda danışmaqları daha məqsədəuyğundur. Təbii ki, burada Azərbaycan dilinin qrammatik normalarına riayyət etmələri vacibdir. Ərazi üzrə şivə və ləhcələrin işlənməsi yol verilməzdir. Çünki hər hansı bir müəllim tədris zamanı yalnız ləhcə ilə danışırsa, sabah təhsil alan həmin şagird müvafiq imtahanlarda məcburən eşitdiyi ləhcə, sözlər də imtahan suallarına düşdükdə səhvə yol verəcək. Halbuki ona dərs Azərbaycan dilinin vahid normaları çərçivəsində tədris olunmalı idi”. 

Elçin Əfəndi hesab edir ki, istər məktəb direktoru, istər müavini və müəllimlər hər bir müvafiq olaraq tədris müddətində Azərbaycan dilinin vahid normalarına riayyət etməlidir: 

"Tədrisdən kənar kim hansı ləhcə ilə danışırsa, öz şəxsi işidir, amma qanunvericiliyin tələbi ondan ibarətdir ki, hər bir pedaqoq konkret olaraq dilin müvafiq normalarına riayyət etməlidir. Buna yaxşı olar ki, bütün müəllimlər əməl etsinlər. Ölkədə 160 minə yaxın müəllim heyəti var. Nəticə etibarı ilə hərə bir bölgədən gəlib Bakı şəhərində dərs deyirsə, bu o demək deyil ki, onlar həmin ərazilərdəki şivə və ləhcələrin və yaxud dialektik ifadələri, sözləri auditoriyaya daşımalıdırlar. Bu yol verilməzdir. Bunu mütləq nəzə almaları vacibdir”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->