Xəbər lenti

Məhkəmədən Alveşə rədd cavabı
İdman 10:49 10.05.2023

Məhkəmədən Alveşə rədd cavabı

Cinsi təcavüz ittihamı ilə hazırda həbsdə olan braziliyalı futbolçu Dani Alveşin tələbi qəbul edilməyib.

Qaynarinfo-nun məlumatına görə, Barselona məhkəməsi vəkili vasitəsilə mühakimə olunmaq istəyən Alveşin vəsatətini rədd edib. Futbolçunun həbs qərarı qüvvədə saxlanılıb. İspaniya mətbuatı həm bu ölkənin həm də Braziliya vətəndaşı olan Alveşlə bağlı prokurorluğun təqdim etdiyi dəlillərin məhkəmə tərəfindən yetərli sayıldığını və qaçma riski nəzərə alınaraq həbsxanada qalmasının məqsədəuyğun sayıldığını yazıb.

2022-ci il dekabrın 30-na keçən gecə Barselonadakı diskotekada 23 yaşlı qadına cinsi təcavüz etməkdə ittiham olunan futbolçu yanvarın 20-də Meksikadan İspaniyaya gəldikdən sonra saxlanılıb. Ardından məhkəmə qərarı ilə həbs olunub.

Üç dəfə ifadəsini dəyişdirən və sonuncu açıqlamasında "cinsi əlaqəni etiraf etmək, həyat yoldaşına xəyanətini gizlətmək və həyat yoldaşını qorumaq üçün" yalan danışdığını bildirən 39 yaşlı oyunçu təhlükəsizlik məqsədi ilə "Brains 1” həbsxanasından "Brains 2”yə köçürülüb. İspaniya qanunlarına görə, müdafiəçini 1 ildən 12 ilə qədər həbs gözləyir.

Karyerasında "Sevilya”, "Barselona”, "Yuventus”, PSJ və "San Paulo” kimi komandalarda çıxış edən Alveş sonuncu dəfə Meksika təmsilçisi UNAM-ın formasını geyinib. Həbs olunduqdan sonra bu komanda ilə də yollarını ayırıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->