Xəbər lenti

MDB-nin xüsusi xidmət orqanları Birlik ölkələrinə girişdə terrorçuların müəyyən edilməsini müzakirə edəcəklər
Siyasət 09:46 04.10.2024

MDB-nin xüsusi xidmət orqanları Birlik ölkələrinə girişdə terrorçuların müəyyən edilməsini müzakirə edəcəklər

MDB xüsusi xidmət orqanları rəhbərləri Astanada keçiriləcək iclasda Birlik ölkələrinə beynəlxalq terror təşkilatlarının üzvlərinin və radikalların girişinin aşkarlanmasında əməkdaşlığın gücləndirilməsi tədbirlərini müzakirə edəcəklər.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi (İƏM) məlumat yayıb.

"Oktyabrın 4-də Astanada MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları və xüsusi xidmət orqanları rəhbərlərinin Şurasının 55-ci iclasının keçirilməsi planlaşdırılır. Plenar iclasda şura üzvləri əsas diqqəti Birlik ölkələrinin xüsusi xidmət orqanlarının terrorçuluq və dini ekstremizmə qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsinə yönəldəcəklər", - İƏM-dən bildirilib.

"MDB-yə üzv dövlətlərə giriş-çıxış kanallarında beynəlxalq terror təşkilatlarının üzvlərinin və digər radikal elementlərin axtarışının təşkilində əməkdaşlığın gücləndirilməsi üzrə tədbirlərin işlənib hazırlanması, həmçinin cari ildə terrorçuluq və ekstremizmin digər təzahürlərinə qarşı mübarizə problemlərinin tədqiqi üzrə MDB-yə üzv dövlətlərin baza təşkilatının işinin yekunlarının çıxarılması və növbəti il üçün gələcək işin istiqamətlərinin müəyyən edilməsi planlaşdırılır", - FTX-dən diqqətə çatdırılıb.

İclas iştirakçıları 2026-2028-ci illər üçün terrorçuluq və ekstremizmə qarşı mübarizədə əməkdaşlıq proqramının layihəsini nəzərdən keçirəcəklər. Bundan əlavə, Şuranın əməliyyat-xidməti fəaliyyətinin konkret istiqamətləri üzrə işçi orqanlarının iclasları keçiriləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->