Xəbər lenti

Madonna 48 saat komada olduğunu etiraf etdi:
Dünya 19:04 20.12.2023

Madonna 48 saat komada olduğunu etiraf etdi: "Öləcəyimi düşünürdüm"

Məşhur müğənni Madonna bu yaxınlarda Bruklində verdiyi konsert zamanı yayda 48 saat komaya düşdüyünü səhnədən etiraf edib.

Qaynarinfo xəbər verir ki, bu barədə CNN yazır.

Bu, 2023-cü ilin iyununda sənətçinin xəstəxanaya yerləşdirilməsi zamanı baş verib. Sonra o, ağır bakterial infeksiya ilə xəstəxanaya yerləşdirilib və bir müddət həkim nəzarətində olub.

Hadisədən 6 ay sonra müğənni iyun hadisələrinin təfərrüatlarını açıqlamaq qərarına gəlib. Xüsusilə, o, konsertdə onun həyatını xilas edən "xüsusi qadın"ın olduğunu qeyd edib. Madonnanın sözlərinə görə, bu qadın onu huşsuz vəziyyətdə tapıb və xəstəxanaya aparıb: "Məni xəstəxanaya aparan çox vacib bir qadın var. Heç xatırlamıram. Hamamın döşəməsində huşumu itirdim və reanimasiyada oyandım”, - deyə müğənni bildirib.

Madonna etiraf edib ki, onun həyatını xilas etmək üçün həkimlər sənətçini 48 saat süni komaya salmalı olublar.

Müğənni özünə gələndə ilk gördüyü altı övladı olub: "Mən ətrafımda altı inanılmaz övladımı gördüm. Bütün övladlarımın bir otağa toplaşdığını görmək üçün az qala ölməli idim”, - deyə Madonna zarafatla bildirib.

Müğənni xəstəxanadan çıxandan sonra evində müalicəsini davam etdirib. Xəstəxanaya yerləşdirildikdən sonra da sənətçi bir müddət yataq xəstəsi olduğu üçün qastrol səfərini təxirə salmalı olub. Bununla belə, artıq oktyabr ayında Madonna səhnəyə çıxıb. 

"Öləcəyimi düşünürdüm. Elə həkimlərim də”, - müğənni qeyd edib və sağalmaq üçün əsas stimulunun övladları olduğunu əlavə edib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->