"Lion”un baş məşqçisi Loran Blan "Monpelye” ilə matçdan sonra maraqlı müsahibə verib.
Qaynarinfo-nun məlumatına görə, təcrübəli məşqçi ona ünvanlanan sualı təəccüblü açıqlama ilə cavablayıb. Blan "Lion"da nə dəyişməlidir" sualını "Məşçqi dəyişməlidir" - deyə cavablandırıb. Daah sonra müsahibə aparan jurnalist təcrübəli məşqçidən komandadan getmək istəyib-istəmədiyini soruşub. Ancaq mütəxəssis "Xeyr, "Lion"dan ayrılmaq istəmirəm. Amma nəyi dəyişmək lazım olduğunu soruşursansa, məşqçini dəyişmək yaxşı fikir ola bilər" - sözlərini söyləyib.
Blanın rəhbərliyi altında "Lion" mövsümə iki məğlubiyyətlə başlayıb. "Monpelye"yə 1:1 hesabı ilə məğlub olan komanda, ilk turda "Strasburq"a 1:2 hesabı ilə yenilmişdi.
Səbuhi Həsənov
Şərhlər