Fransanın paytaxtı Paris şəhərində atletika idman növü üzrə keçirilən dünya çempionatında Lamiyə Vəliyeva uğurlu çıxışı ilə yadda qalıb.
Qaynarinfo-nun məlumatına görə, sprinterimiz birinci yeri tutub. Lamiyə qadınlar arasında 100 metr məsafəyə qaçışda hər kəsi qabaqlayıb. O sözügedən məsafəni 11.89 saniyəyə qət edib. İdmançımız bu yarış növündə həmkarları kanadalı Boryello Biyanika (12.03) və iralndiyalı Komerford Orladan (12.14) daha yaxşı nəticə göstərib və qızıl medal qazanıb.
İyul 17-dək davam edəcək dünya çempionatında ölkəmiz 15 atlet ilə təmsil olunur. Dünya çempionatında ilk 4 yerə sahib çıxan idmançılar Paris-2024 Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanacaqlar.
Səbuhi Həsənov
Şərhlər