Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Qaynarinfo xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, şahid dindirilməsindən sonra geniş ifadə verəcəyini deyib.
Zərərçəkmiş İsgəndər Mehdiyevin hüquqi varisi Etibar Mehdiyev isə Rəşad Dağlıdan şikayətçi olmadığını söyləyib. Məhkəmənin növbəti iclası mayın 19-na təyin edilib.
Qeyd edək ki, Rəşad Dağlı ötən il noyabr ayının 9-da, saat 05.00 radələrində Qaradağ rayonu ərazisində 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirməkdə ittiham olunur. Meyxanaçıya Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.
Şərhlər