İsmayıllı rayon İcra Hakimiyyəti başçısı Nahid Bağırovun rayonun Tircan inzibati ərazi dairəsi üzrə nümayəndəsini kabinetində yerə yıxan şəxs həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, 1998-ci il tarixdə İsmayıllı rayonu Tircan kəndində anadan olmuş Əlisahab N. adlı şəxs saxlanılıb.
Onun saxlanılmasına səbəb Tircan inzibati ərazi dairəsinin nümayəndəsi Əhməd Əhmədovu kabinetinə yerə yıxması olub. Əlisahab tək yaşayır və onun iti naməlum şəxs tərəfindən vurularaq öldürülüb. 28 oktyabr 2024-cü il tarixdə bu barədə məlumat vermək üçün kənd icra nümayəndəsi Əhməd Əhmədovun qəbuluna gedib.
Qəbulda məmurlar aralarında mübahisə yaranıb. Əhməd Əhmədov onu tutaraq otaqdan çıxarmaq istəyib. Əlisahab isə güc tətbiq edərək İcra Hakimiyyətinin əməkdaşını kabinetinə yerə yıxıb. Əlisahab bundan sonra küçədə onun ünvanına nalayiq söyüşlər söyüb.
O, saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmədə təqsirləndirilən şəxs Əhməd Əhmədovun işindən narazı olduğunu, kənd icra nümayəndəliyinin onun maddi vəziyyəti ilə maraqlanmadığını bildirib. Əlsahab sonda etdiyi əmələ görə məmurdan üzr istəyib.
Məhkəmənin qərarı ilə həmin şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib və 10 gün müddətində həbs edilib.
Aydın
Şərhlər