"Xırdalan qəbiristanlığına gəldik. Qəbirqazan yox idi, özümüz qazası olduq. Qəbir də qazılmırdı. Sanki torpaq da onların ölümünə heyifsilənirdi”.
Qaynarinfo xəbər verir ki, bunu Baku TV-də yayımlanan "O kimdir?” verilişində 20 Yanvar şəhidi İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev deyib.
Onun sözlərinə görə, Şəhidlər xiyabanına gətirilən ilk şəhidlər İlhamla Fərizə olub.
"Dəfn vaxtı gəldi. Adətə görə qadın kişinin sağında basdırılmalıdır. Fərizənin dəfni ilə bu adəti pozdular. Qardaşı dedi ki, istəmirəm, bacım iki kişinin arasında dəfn olunsun. Qoy elə İlhamın yanında olsun”, - deyə E. Allahverdiyev qeyd edib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər