Kiyev vilayətində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun təşkilatçılığı, Ukraynanın Azərbaycandakı səfirliyinin diplomatlarının, Ukrayna Ali Radasının, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, yerli hakimiyyət orqanlarının nümayəndələrinin və diaspor fəallarının iştirakı ilə "Heydər Əliyev İli” çərçivəsində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən aksiya Kiyev vilayətində Taras Şevçenko adına parkda təşkil olunub.
Aksiya çərçivəsində parkın ərazisində Sakura ağacları əkilib.
Aksiyanın keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərində ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi üçün apardığı ekoloji siyasətin, eləcə də təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə göstərdiyi xüsusi diqqətin davamı olaraq Ukraynada ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına töhfə verməkdir.
Şərhlər