Xəbər lenti

Həmkarının gözünə lazer işığı salan futbolçuya ağır cəza verildi (VİDEO)
İdman 17:40 19.04.2024

Həmkarının gözünə lazer işığı salan futbolçuya ağır cəza verildi (VİDEO)

Meksika klubu "Tiqres"in futbolçusu Nahuel Quzman keçən həftəsonu keçirililən "Rayados"la turnir matçında rəqib qapıçı Esteban Andradanın gözünə lazer şüası saldığına görə ağır cəzaya məruz qalıb.

Qaynarinfo-nun məlumatına görə, futbolçu rəqibinə bu şəkildə mane olduğu üçün 11 oyunluq diskvalifikasiya edilib. Bu barədə Meksika Liqasından bildirilib. Zədəsini yenicə sağaltmış 38 yaşlı futbolçu oyun zamanı VİP tribunada yer alıb.  O, birinci hissədə lazeri argentinalı həmkarı Andrada və "Rayados"un əsas qapıçısı istiqamətinə yönəldib.

Monterrey klubunun prezidenti Xose Antonio Norieqa 3:3 hesablı bərabərliklə başa çatan matçın birinci hissəsində futbolçunun olduğu yerə gedərək lazerdən kimin istifadə etdiyini müəyyənləşdirib. Qadağa və cərimələrə əlavə olaraq, Quzman ictimai xidmət göstərməlidir. Ancaq onun hansı xidməti göstərəcəyi hələlik müəyyən edilməyib. 

Bir futbolçunun digərinə lazer işığı ilə maneçilik yaratdığına görə sanksiyaya məruz qalması Meksika futbolu tarixində ilk dəfə baş verib.

2014-cü ildə "Amerika" və "Tiqres" arasında keçirilən oyun azarkeşin futbolçuların gözünə lazer şüası salmasına görə müvəqqəti olaraq dayandırılmışdı.

2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında Argentina milisinin heyətində yer alan Quzman cəza səbəbindən turnirinin qalan hissəsini buraxmalı olacaq.

Səbuhi Həsənov 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->