Xəbər lenti

Gürcüstanda prezident-parlament qarşıdurması dərinləşir - Qalmaqallı qanun imzalandı
Dünya 12:09 03.06.2024

Gürcüstanda prezident-parlament qarşıdurması dərinləşir - Qalmaqallı qanun imzalandı

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili prezidentin vetosunu aşdıqdan sonra qəbul edilmiş "Xarici təsirin şəffaflığı haqqında” qanunu imzalayıb.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "The İnsider” yazır.
 
"Bu gün mən "Xarici təsirin şəffaflığı haqqında” qanunu imzaladım. Bu qanunun əsas məqsədi Gürcüstanın siyasi, iqtisadi və sosial sistemlərinin xarici müdaxilələrə qarşı sabitliyini sübut etməkdir”, deyə spiker bildirib. 

İndi Gürcüstan Ədliyyə Nazirliyi və Dövlət Reyestr Agentliyi 60 gün ərzində xarici maraqlarla fəaliyyət göstərən təşkilatların siyahısını yaratmalıdır. Reyestr işə salındıqdan sonra gəlirlərinin 20%-dən çoxunu digər dövlətlərdən alan bütün qeyri-hökumət təşkilatları və KİV-lər üçün orada qeydiyyat məcburi olacaq. 

Xatırladaq ki, mayın 18-də Gürcüstan prezidenti Salome Zurabişvili bu qanuna veto qoyub və onu konstitusiyaya zidd adlandırıb. Mayın 14-də Gürcüstan parlamenti kütləvi etirazlara baxmayaraq, "xarici agentlər haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Gürcüstan Konstitusiyasına görə, parlament prezidentin vetosunu aşa bilərsə və prezident qanun layihəsini imzalamasa, o, Gürcüstan parlamentinin spikeri tərəfindən imzalanacaq və dərc olunacaq. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->