Xəbər lenti

Futbolun
İdman 09:03 06.08.2022

Futbolun "xal kralları" - Rekordçu "beşlik"

21-ci əsrin üzdə olan top-məşqçiləri var ki, onlardan bəziləri karyerasında "əfsanə" statusu qazanmağa davam edir. Ser Aleks Ferqyüson bütün zamanların ən böyük məşqçisi hesab edilsə də, biznesin ən yaxşısı olduğunu iddia edə biləcək başqaları da var.

Qaynarinfo 21-ci əsrdə ən çox liqa xalı toplayan məşqçilərin siyahısını təqdim edir.

Karlo Ançelotti - 1434 xal
 
 
Ançelotti əsrin əvvəlindən bəri 1434 xal toplayaraq siyahıya başçılıq edir ki, bu da əlamətdar göstəricidir. İtalyan mütəxəssis indiyədək məşqçilik karyerası ərzində bir sıra top klubları idarə edib, o cümlədən "Milan", "Bavariya" və "Real" kimi komandaları çalışdırıb.

Arsen Venger - 1381 xal
 


"Arsenal"ın indiyə qədərki ən böyük məşqçisi 1381 xalla ikinci yerdə qərarlaşıb. O, bu xalların hamısını 22 il rəhbərlik etdiyi "Topçular"ın "sükanı" arxasında qazanıb. Venger "Arsenal" İngiltərənin ən yaxşı klublarından birinə çevirib. 

Joze Mourinyo - 1194 xal
 


Mourinyo 2004-cü ildə "Porto" ilə səhnəyə çıxdı və zaman keçdikcə özünü dünyanın ən böyük məşqçilərindən biri və turnirlərin ardıcıl qalibi kimi göstərdi. Portuqaliyalı mütəxəssis indiyədək karyerası ərzində 1194 xal toplayıb. Əvvəlki vaxtlardakı kimi olmasa da, o, hələ aktivdir və "Roma"ya rəhbərlik edir. 

Ser Aleks Ferqyüson - 1132 xal
 


İdman tarixinin ən böyük meneceri sayılan ser Ferqyüson "Mançester Yunayted"də keçirdiyi 27 il ərzində qazana biləcəyi hər şeyi qazandı. "Old Traffordd"akı proseslərə hələ də təsir etməsinə baxmayaraq, 2013-cü ildə o, təqaüdə çıxdıqdan sonra klubun sərvəti kəskin şəkildə azaldı.

Pep Qvardiola - 1093 xal
 


Qvardiola "Barselona"da işlədiyi müddətdə futbolun oynanma tərzində inqilaba nail oldu. Daha sonra İspaniya, Almaniya və İngiltərədə liqa titulları qazanaraq karyerası boyunca son dərəcə effekt göstərdi. İspan bu siyahıda özünü beşinci yerdə tapsa da, cəmi 453 oyunda 1093 xal toplayaraq məşqçilər arasında ən yaxşı oyun başına xal nisbətinə sahibdir. Bu, onun karyerasının nə qədər diqqətəlayiq olduğunu göstərir.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->