Xəbər lenti

Dünya çempionatında Azərbaycanı təmsil edəcək cüdoçular müəyyənləşdi
İdman 10:59 14.04.2023

Dünya çempionatında Azərbaycanı təmsil edəcək cüdoçular müəyyənləşdi

İlin cüdo üzrə ən mötəbər yarışı olan dünya çempionatına Qatar ev sahibliyi edəcək. 7-14 may tarixlərində Dohada keçiriləcək çempionatda Azərbaycan cüdo üzrə milli yığma komandası 9 çəki dərəsində 9 kişi və 4 qadın ilə təmsil olunacaq.

Cüdo Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə, mundialda cüdoçularımıza performans direktor Mark van der Ham, kişilərdən ibarət milli yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət milli yığmanın baş məşqçisi Rəşad Məmmədov, böyük məşqçi Elçin İsmayılov və böyük performans analitik Zaur Babayev rəhbərlik edəcəklər.

Dünya çempionatında fərdi yarışlar 7-13 may tarixlərində, komanda yarışları isə 14 mayda Dohada yerləşən "Ali Bin Hamad al-Attiyah Arena”-da keçiriləcək. Fərdi yarışlarda təmsil edəcək Azərbaycan milli yığmasını heyətini təqdim edirik:
 
Qadınlar
 
-48 kq. 
Leyla Əliyeva
Könül Əliyeva

-52 kq. 
Gültac Məmmədəliyeva
Aydan Əliyeva
 
Kişilər
 
-60 kq. 
Balabəy Ağayev 
Turan Bayramov 
 
-66 kq. 
Orxan Səfərov 
 
-73 kq. 
Hidayət Heydərov 
 
-81 kq. 
Səid Mollayi 
 
-90 kq. 
Məmmədəli Mehdiyev 
Murad Fətiyev 
 
-100 kq. 
Zelim Kotsoyev 
 
+100 kq. 
Uşanqi Kokauri
 

 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->