Xəbər lenti

Dərsliklərdə problem:
Ölkə 16:30 06.09.2023

Dərsliklərdə problem: "İnformasiyların dəqiqliyi, uşaqların psixologiyası nəzərə alınmır"

"Dərsliklər Nazirlər Kabinetinin müvafiq qərarı əsasında hazırlanır. Nəticə etibarı ilə dərsliklərdə verilən informasiyların dəqiqliyi, uşaqların yaş psixologiyası, eyni zamanda həmin informasiyanının yığcamlığı və s. bu kimi amillər nəzə alınmalıdır. Təəssüflər olsun ki, bizdə çox vaxt müəlliflər və redaktorlar bu qaydalara riayyət etmirlər".

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil ekspert Elçin Əfəndi şair Qəşəm Nəcəfzadənin "Altun” nəşriyyatının direktoru Rafiq İsmayılovun öz ana dilində danışa bilməməsi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib. O bildirib ki, məhz bu səbəblərdən dərsliklərin hazırlaması üçün konkret nəşriyyatlar seçilməlidir:

"Bu dərsliklər Elm və Təhsil Nazirliyinin tərkibində müvafiq olan Təhsil İnstitutunun nəzarəti altında hazırlanır. Burada hekayə, şeir və s. müvafiq normalara söykənməlidir. Yəni, ədəbi dilin müvafiq olaraq qramatik, leksik norması və digər amillər nəzərə alınmalıdır. İstəlinən halda biz bir kitabı çapa verərkən, Nazirlər Kabinetinin müvafiq qərarını əlimizdə rəhbər tutaraq hazırlamalıyıq. Biz artıq kurikulum sistemə keçid etmişik və orada dərslər yığcam, dəqiq və şagirdlərin yaş psixologiyası nəzərə alınmalıdır”.  

Elçin Əfəndi son dövrlərdə dərsliklərlə bağlı doğrudan da problemlərin olduğunu qeyd edib:

"Ümid edirəm ki, Elm və Təhsil Nazirliyi bu istiqamətdə işlər görür. Tədricən yaranan problemlər aradan qalxacaq”.

Qeyd edək ki, şair Qəşəm Nəcəfzadə Şamaxıda keçirilən "Azərbaycan dili və ədəbiyyatı forumu”nda çıxış edərkən orta məktəblərdə tədris olunan dərsliklərin problemlərini açıqlayıb. Bundan əlavə şair "Altun” nəşriyyatının direktoru Rafiq İsmayılovu Azərbaycan dilini bilməməkdə ittiham edib.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->