Xəbər lenti

Deputat:
Siyasət 12:35 07.04.2023

Deputat: "İranın Azərbaycandakı səfirlik adlanan cəsusluq yuvası bağlanmalıdır"

"İranın Azərbaycandakı səfirlik adlanan cəsusluq yuvası bağlanmalıdır".

Qaynarinfo xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında deputat Musa Quliyev deyib.

Dünən İran səfirliyinin 4 əməkdaşı casusluq fəaliyyətinə görə persona-non-qrata ("arzuolunmaz şəxs”) elan edilib. Hesab edirəm ki, qalan əməkdaşları da rədd olub getməlidir və o səfirlik adlanan casus və intriqa yuvası bağlanmalıdır. İranın xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunan terrorçuların və təxribatçıların qısa müddət ərzində aşkarlanıb tutulması Azərbaycanın hüquq mühafizə orqanlarının yüksək peşəkarlığının göstəricisidir.

Qafqaz Rafiqoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->