Xəbər lenti

Dani Alveş təcavüz hadisəsini etiraf etdi
İdman 12:03 18.04.2023

Dani Alveş təcavüz hadisəsini etiraf etdi

"Barselona"nın keçmiş ulduzu Dani Alveş cinsi təcavüz iddiasını etiraf edib.

Qaynarinfo-nun məlumatına görə, Barselona şəhərində diskotekada bir qadına qarşı təcavüzdə ittiham olunan braziliyalı futbolçu məhkəməyə verdiyi ilk ifadələrinin yalan olduğunu açıqlayıb.

Qadına qarşı cinsi təcavüzə görə üç aya yaxındır həbsdə olan "Barselona"nın keçmiş futbolçusu öz istəyi ilə ikinci dəfə məhkəmə qarşısına çıxıb. İspaniyanın EFE agentliyinin məhkəmə mənbələrinə istinadən verdiyi xəbərdə Alveş arvadına xəyanətini gizlətmək və onu qorumaq üçün ilk ifadəsində yalan danışdığını bildirib. Müdafiəçi mart ayında onunla ayrılacağını açıqlayan həyat yoldaşı Joana Sanzı sevdiyini bildirib. 

Braziliyalı futbolçu onu cinsi təcavüzdə ittiham edən 23 yaşlı qadınla ilk dəfə cinsi əlaqədə olduğunu etiraf edib. Ancaq bunun hücum deyil, qarşı tərəfin razılığı ilə baş verdiyini bildirib. O, polisə və məhkəməyə verdiyi üç fərqli ifadəsində indiyədək birbaşa cinsi əlaqəni inkar etmişdi. Məhkəmə Alveşlə bağlı hələ qərar çıxarmayıb.

2022-ci il dekabrın 30-na keçən gecə Barselona şəhərində diskotekada 23 yaşlı qadına təcavüz etməkdə ittiham olunan Alveş yanvarın 20-də Meksikadan həmin şəhərə qayıtdıqdan sonra saxlanılıb. O, hakimin qərarı ilə zaminə buraxılmadan həbs edilib. Məhkəmə müddətində ifadəsini 3 dəfə dəyişən 39 yaşlı "sambaçı" təhlükəsizlik səbəbi ilə yanvarın 23-də "Brains 1" həbsxanasından "Brains 2"yə köçürülüb. İspaniyada mövcud qanunlara əsasən, Alveşi bu hərəkətinə görə 1 ildən 12 ilə qədər həbs gözləyir.

Karyerası ərzində "Sevilya”, "Barselona”, "Yuventus”, PSJ və "San Paulo” kimi klubların formasını geyinmiş Alveş son komandası Meksikada "UNAM” olub. Hadisədən sonra futbolçu bu komandadan da ayrılıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->