Barselona Məhkəməsi cinsi təcavüzə görə dörd il yarım həbs cəzasına məhkum edilmiş keçmiş braziliyalı futbolçu Dani Alveşin həbsxananı tərk edib-etməyəcəyi barədə qərar verəcək.
Qaynarinfo-nun məlumatına görə, martın 8-də Alveşin vəkili İnes Qvardiola Barselona Məhkəməsinin hökmünə qarşı apellyasiya şikayətini təqdim edib, bununla yanaşı, məhkumun cəzası təsdiqlənənə qədər azadlığa buraxılmasını istəyib. 41 yaşlı futbolçu cəzasının dörddə birini çəkmək ərəfəsindədir ki, bu da ona həbsxana icazələri üçün müraciət etməyə imkan verəcək.
Dörd il yarımlıq həbs cəzası ilə yanaşı, Barselona məhkəməsi Alveşi 150.000 avro məbləğində cərimələyib. Bundan başqa həbsdən çıxdıqdan sonra beş il nəzarət altında qalması istənilib, həmçinin qurbana doqquz il müddətində yaxınlaşmaq qadağan edilib.
Səbuhi Həsənov
Şərhlər