Xəbər lenti

Çin Tayvana şəkər ixracını dayandırdı və iki fonda sanksiya tətbiq etdi
Dünya 15:00 03.08.2022

Çin Tayvana şəkər ixracını dayandırdı və iki fonda sanksiya tətbiq etdi

Ölkənin Ticarət Nazirliyinin məlumatına görə, Çin avqustun 3-dən Tayvana təbii şəkər ixracını dayandırıb. Nazirlikdən verilən məlumata görə, tədbir "mövcud qanun və qaydalara uyğun olaraq” tətbiq edilir.

Qaynarinfo bu barədə Rosbalt-a istinadla xəbər verir.

Eyni zamanda, Pekin adadan sitrus meyvələri və iki növ balıq məhsulunun, o cümlədən dondurulmuş skumbriya idxalını dayandırıb, - Reuters Çin gömrük orqanlarına istinadən məlumat yayıb.

Bundan əlavə, Çin hakimiyyəti materik Çin şirkətlərinə Tayvan Demokratiya Fondu və Tayvan Beynəlxalq Əməkdaşlıq və İnkişaf Fondu ilə, həmçinin fondlara ianə verən müəssisələrlə əməkdaşlıq etməyi qadağan edib, - Tayvan İşləri üzrə Çin Xalq Respublikası Dövlət Şurasının sözçüsü Ma Syaoquan bildirib.

Bu tədbirlər Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin adaya səfəri fonunda elan edilib və bu səfər Pekində kəskin narazılığa səbəb olub.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->