Xəbər lenti

Çin Pelosi və ailəsinə qarşı sanksiyalar tətbiq edəcək
Dünya 18:12 05.08.2022

Çin Pelosi və ailəsinə qarşı sanksiyalar tətbiq edəcək

Çin hakimiyyəti siyasətçinin Tayvana səfərindən sonra ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və onun qohumlarına qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib. 

Qaynarinfo Rosbalt-a istinadla xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

\Xarici İşlər Nazirliyi qeyd edib ki, Pelosi Pekinin ciddi narahatlıqlarına və etirazlarına baxmayaraq, adaya səfər edib. ÇXR bunu ölkənin suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən Çinin daxili siyasətinə sərt müdaxilə kimi qiymətləndirib.

"Çin tərəfi ÇXR-in müvafiq qanunvericiliyinə əsasən, Pelosi və onun yaxın ailəsinə onun təxribat xarakterli hərəkətlərindən sonra sanksiya tətbiq etmək qərarına gəlib”, - XİN bildirib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->