Britaniyalı boksçu Əmir Xan dopinqə görə 2 il müddətinə idmandan uzaqlaşdırılıb.
Qaynarinfo xəbər verir ki, 2022-ci ildə Kelli Burka məğlub olan Xan may ayında karyerasını bitirdiyini açıqlayıb. Təqaüdə çıxdığını açıqladıqdan sonra antidopinq qaydalarını pozduğunu etiraf edən Xan buna bilərəkdən yol vermədiyini deyib.
Böyük Britaniyanın Antidopinq idarəsi boksçunun qadağan olunmuş, testosterona oxşar təsir göstərən ostarin olduğunu bildirib. hansı ki, sözügedən dərman Ümumdünya Antidopinq Agentliyinin qadağan olunmuş siyahısında həmişə yer alıb.
Müstəqil məhkəmə Xanın iddiasını qəbul edərək "qəsdən və ehtiyatsız davranış" əvəzinə, "ciddi məsuliyyət" maddəsi ilə ona qadağa qoyub. 6 aprel 2022-ci il tarixindən qüvvəyə minən qadağanın 2024-cü ilin 5 aprelində başa çatacağı bildirilib.
Səbuhi Həsənov
Şərhlər