Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Tomris küçəsinin sakinləri uzun illərdir ki, yolsuzluqdan əziyyət çəkirlər.
Daşlı-torpaqlı küçədə məhəllənin balaca sakinlərinin oynamaq istəyi də daşdan keçir.
Məsələ ilə əlaqədar Biləcəri bələdiyyəsinin sədri Etibar Cabbarov bildirib ki, həftəiçi əraziyə baxış keçiriləcək.
Onun sözlərinə görə, qəsəbə daxilində küçələrin asfaltlanması mərhələli şəkildə həyata keçirilir. Əgər sözügedən ərazi planda yoxdursa, növbəti mərhələdə asfaltlanması üçün köməklik göstəriləcək.
Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər