Xəbər lenti

Baydeni namizədlikdən yalnız bu xanım imtina etdirə bilər - KİV
Dünya 22:30 11.07.2024

Baydeni namizədlikdən yalnız bu xanım imtina etdirə bilər - KİV

ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi prezident Co Baydeni namizədlikdən çəkindirə biləcək şəxs ola bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə Amerikanın "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.

"Prezident Baydenin 2024-cü il seçkilərində qalib gəlmək qabiliyyətindən ciddi narahat olan Demokratlar Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosiyə onu namizədlikdən imtina etdirə biləcək potensial qüvvə kimi baxırlar", deyə portal qeyd edib.

Qeyd olunur ki, Nensi Pelosi Amerika hökumətinin "veteranı"dır. Bundan əlavə, ABŞ prezidenti ona hörmətlə yanaşır. Portal əlavə edir ki, bu amillər Baydenin seçki yarışından imtina etmək barədə potensial qərarına təsir göstərə bilər.

Eyni zamanda, "Axios"a görə, Nensi Pelosi "polad xarakterə malikdir".

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->