Amerika Birləşmiş Ştatlarının prezidenti Bayden Ukraynada daha bir Patriot raket sisteminin yerləşdirilməsini təsdiqləyib.
Qaynarinfo xəbər verir ki, bu barədə The New York Times yüksək səviyyəli administrasiya və hərbi rəsmilərə istinadən
yazır.
Qeyd olunur ki, Baydenin qərarı ötən həftə yüksək səviyyəli bir sıra görüşlər və ABŞ-ın döyüş hazırlığına təhlükə yaratmadan Ukraynanın gücləndirilmiş hava hücumundan müdafiəyə dair təcili ehtiyaclarının necə ödənilməsinə dair daxili müzakirələrdən sonra qəbul edilib.
Rəsmilərin dediyinə görə, ikinci ABŞ Patriot sistemi ABŞ-a qayıdan ABŞ qoşunlarının rotasiyasını qoruyan Polşadan gələcək. Kompleks ehtiyac duyduğu texniki xidmətdən və ya modifikasiyalardan asılı olaraq növbəti bir neçə gün ərzində cəbhə xəttinə yerləşdirilə bilər.
Administrasiya rəsmiləri ümid edirlər ki, başqa bir ABŞ Patriot sisteminin yerləşdirilməsi müttəfiqləri də eyni şeyi etməyə təşviq edəcək.
Bundan əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Austin və digər yüksək vəzifəli Pentaqonun rəsmiləri Avropa müttəfiqlərini sistemlərini Ukraynaya köçürməyə çağırıblar. Ostin apreldə Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin iclasında deyib: "Patriot”u olan ölkələr var və biz bu ölkələrlə əlaqə saxlamağa davam edirik".
Patriot SAM ABŞ-ın Ukraynaya təhvil verdiyi ən bahalı silahdır və ümumilikdə təxminən 1,1 milyard dollara başa gəlir: sistem üçün 400 milyon dollar, raketlər üçün isə 690 milyon dollar.
Qeyd edək ki, daha iki ölkə Ukraynanın daha çox Patriot tələbinə cavab verib. Almaniya kansleri Olaf Şolts Ukraynanın Yenidənqurulması Konfransı zamanı deyib ki, Berlin tezliklə üçüncü sistemi Ukraynaya keçirəcək.
Hollandiya Ukraynaya Patriot hava hücumundan müdafiə sistemlərinin birgə tədarükünü müdafiə edib və digər Avropa ölkələrini öz töhfələrini verməyə çağırıb.
Alpər
Şərhlər