Xəbər lenti

Bayden bazar ertəsi seçki yarışından çıxacaq (İDDİA)
Dünya 10:27 19.07.2024

Bayden bazar ertəsi seçki yarışından çıxacaq (İDDİA)

ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi Nümayəndələr Palatasının Demokratları ilə şəxsi söhbətində deyib ki, prezident Co Baydeni tezliklə yarışdan çıxmağa razı salmaq mümkün olacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Washington Post" mənbələrə istinadən yazıb. 

Adı açıqlanmayan Demokratlar Partiyasının donorları "Financial Times"a bildiriblər ki, Baydeni yarışdan çıxmağa yaxınlaşdıran onların kampaniyaya ianə verməkdən imtina etməsi olub. Nəşrin həmsöhbətləri hesab edirlər ki, prezident seçkilərdə iştirakdan imtinasını hələ bu həftəsonu elan edə bilər.

WP-nin məqaləsində qeyd olunur ki, Nensi Pelosi fəal şəkildə Co Baydeni prezident seçkilərində iştirakdan imtina etməyə inandırmağa çalışır. Nümayəndələr Palatasının rəhbərliyinin bəzi üzvləri ilə söhbətində o, Baydenin bu qərara yaxın olduğunu deyib. Xanım Pelosinin bu cür bəyanatlarını Demokratlar Partiyasının üç nümayəndəsi təsdiqləyib.

İyulun 18-də CNN və Politico mənbələrə istinadən Nensi Pelosi ilə Co Baydenin şəxsi söhbəti barədə məlumat yayıb və onun prezident seçkilərində iştirakının Demokratlar Partiyasını qalib gəlmək şansından məhrum edəcəyini bildirib.

"Financial Times" yazır ki, Demokrat Partiyasının sponsorlarının boykot edilməsi Co Baydeni yarışdan çəkilmək qərarına yaxınlaşdıra bilər. Bundan əvvəl Amerika mediası yazmışdı ki, bir neçə donor partiya Co Baydeni başqa namizədlə əvəz edənə qədər ümumi məbləği 90 milyon dollardan çox olan ianələrin köçürülməsini dayandırıb. "Financial Times" ilə söhbətlərdə donorlar iddia edirlər ki, Bayden ianələri dayandırmaq üçün "siqnal alıb". Onların fikrincə, hazırkı prezident indi "aşılmaz təzyiq" altındadır.

Bir FT mənbəsi deyib: "Demək olar ki, bütün konqres heyəti, donorların əksəriyyəti və seçicilərin böyük əksəriyyəti sizin kənara çəkilməli olduğunuzu düşündüyü halda, siz sadəcə olaraq böyük bir partiyaya rəhbərlik edə bilməzsiniz". 

Nəşrin başqa bir mənbəsi Co Baydenin bazar ertəsi günü seçki yarışından çıxacağını iddia edib. Başqa bir mənbə bunun daha əvvəl baş verə biləcəyinə inanır.

Demokratlar arasında Co Baydenin seçkilərdə qalib gələ biləcəyi ilə bağlı müzakirələr onun Donald Trampla uğursuz debatından sonra başlayıb. Prezident özü bunu pis epizod adlandırıb və hadisəni soyuqdəymə ilə əlaqələndirib. Debatdan sonra, Amerika mediasının yazdığı kimi, demokratlar partiyanın namizədinin noyabr seçkilərində mümkün əvəzlənməsini müzakirə etməyə başlayıb və Baydenin seçki qərargahı donorların onun qələbəsinə şübhələri ucbatından maliyyə çatışmazlığı riski ilə üzləşib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->