Xəbər lenti

Avropa çempionumuz karyerasını bitirdi
İdman 18:43 08.08.2023

Avropa çempionumuz karyerasını bitirdi

Cüdoçumuz Rüstəm Orucov karyerasını bitirib.

Qaynarinfo-nun məlumatına görə, idmaçı bu barədə şəxsi sosial şəbəkə səhifəsində elan verib. Orucov karyerası ilə bağlı açıqmasında bu ifadələrə yer verib:  

"Unudulmaz illər idi və mən cüdonu seçdiyim, böyük arenalarda bayrağımızı dalğalandırmaq şərəfinə nail olduğum üçün çox xoşbəxtəm! Ancaq hər səyahətin bir sonu da olur. Avqustun 8-i Olimpiya medalı qazandığım gündür və məhz bu gün böyük idmanla vidalaşıram. Bu illər ərzində mənə dəstək olan hamıya ürəkdən təşəkkürümü bildirirəm! Nə yaxşı ki, varsınız! İndi isə həyatımda yeni səhifə açmaq vaxtıdır!"

Sosial şəbəkədəki açıqlamasından sonra Rüstəmin atası Fəzail Orucov da oğluna dəstəyini bildirib, məşqçilərinə təşəkkür edib: 
 


"Rüstəm birincisi sənin məşqiçilərinə Fərhad və Əli müəllimlərə öz minnətdarlığmı bildirirəm. İkincisi, neçə illər gözəl həycan hissləri yaşatdığın üçün səni bir ata kimi bağrıma basıb öz minnətdarlığımı bildirirəm. Sən gözəl oğul, gözəl ata həm də gözəl ailə başçısısan".

Karyerası ərzində bir dəfə Avropa çempionu olan Rüstəm, 2016-cı ildə Rioda keçirilən yay olimpiya oyunlarında gümüş medalçı olub. O, dünya çempionatında iki dəfə ikinci pilləni tutub.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->