Xəbər lenti

ASALA yəhudiləri təhdid etdi: Yeni hücumlar olacaq
Dünya 16:15 06.10.2023

ASALA yəhudiləri təhdid etdi: Yeni hücumlar olacaq

"Ermənistanın Azadlığı üçün Gizli Erməni Ordusu" terror təşkilatının gənclər qolu (ASALA-Y) bütün dünyadakı yəhudiləri yeni hücumlarla təhdid edir.

Trend xəbər verir ki, terrorçu təşkilat tezliklə "daha cəsur əməliyyatların olacağını" bəyan edib.

Xatırladaq ki, oktyabrın 4-də ASALA terrorçu təşkilatı İrəvandakı sinaqoqa barbarcasına hücum edib.

ASALA terror təşkilatının yaydığı məlumatda oktyabrın 4-dəki hücum "İrəvandakı Ümumdünya yəhudi mərkəzinə qarşı uğurlu qorxutma əməliyyatı" olaraq adlandırılıb.

"Yəhudilər Ermənistan dövlətinin və erməni xalqının qəddar düşmənidir. Bu xəbərdarlıqdır: oktyabrın 3-də İrəvandakı uğurlu əməliyyatımız hələ başlanğıcdır. Bu, ciddi öhdəliklərimizin sadəcə bəyanıdır. Hər bir ravvin bizim nəzər mərkəzimizdə olacaq", - terrorçu təşkilatın məlumatında deyilir.

Bundan başqa, ASALA bildirib ki, İsrail hökuməti Azərbaycanı dəstəkləməyə davam etdiyi təqdirdə Avropa, ABŞ, Kanada və Gürcüstandakı İsrail yəhudilərinə qarşı müharibə aparacaq.

"Heç bir İsrail yəhudisi bu ölkələrə gedəndə özlərini təhlükəsizlikdə hiss etməyəcək", - deyə məlumatda qeyd olunub.

Bu, erməni cəmiyyətində antisemitizmin daha bir əyani sübutu olmaqla, həmçinin bu və ya digər etnik kimlik və dini etiqad mənsublarına qarşı tolerantlığın olmadığını göstərir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->