Xəbər lenti

Arif Rəhimov:
İdman 19:45 12.06.2022

Arif Rəhimov: "Azərbaycan Qran-prisində hər şey baş verə bilər"

"Bakıdakı trekdə hər şey - gözlənilməz hadisələr baş verə bilər".

Bunu "Report"a açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib.

O, yarışın çox uğurlu keçdiyini bildirib: "Heç bir problemlə üzləşmədik. 6-cı Qran-pridə "Red Bull" komandasının pilotu Maks Ferstappen qalib oldu. Hər il müxtəlif qaliblər görürük. Bu dəfə də sindrom qırılmadı".

Rəhimov əvvəlcədən "Red Bull"u favorit saydığını söyləyib: "Mən fikirləşirdim ki, Ferstappen, ya da onun komanda yoldaşı Serxio Peres qalib olacaq".

Qeyd edək ki, Maks Ferstappen tarixdə ilk dəfə Azərbaycan Qran-prisinin qalibi olub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->