İspaniya La Liqası nəhəngi "Real" baş məşqçi Karlo Ançelotti ilə müqaviləni yeniləyib.
Qaynarinfo-nun məlumatına görə, klub mütəxəssislə 2026-cı ilə qədər müqavilə imzaladığını açıqlayıb.
2021-ci ildən "Real"ın "sükanı" arxasına keçən italyan məşqçinin mövsümün sonunda klublan ayrılacağı və Braziliya millisinin baş məşqçi vəzifəsinə təyin olunacağı gözlənilirdi. Hətta Braziliya Futbol Federasiyasının prezidenti Ednaldo Rodriges yerli mətbuata açıqlamasında millinin növbəti məşqçisinin məhz Ançelotti olacağını təsdiqləmişdi.
Səbuhi Həsənov
Şərhlər