Xəbər lenti

AMİP seçkiyə hazırlaşır (AÇIQLAMA)
Siyasət 13:25 12.03.2024

AMİP seçkiyə hazırlaşır (AÇIQLAMA)

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) seçkiyə hazırlaşır.
 
Bunu Qaynarinfo-ya açıqlamasında AMİP sədri Arzuxan Əlizadə deyib. 

Sədr bildirib ki, partiyada həm bələdiyyə, həm parlament, həm də kompleks seçkilərlə bağlı hazırlıqlara başlanılıb:

"Əgər parlament növbəti dəfə buraxılmasa, seçki ya noyabrın 3-də, ya da gələn ilin fevralında ola bilər. Amma parlamentin buraxılması ilə bağlı deyilənlər əsaslı da ola bilər. Bu məsələdə təcrübə var”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->