Xəbər lenti

Alveşdən intihar açıqlaması:
İdman 13:28 11.03.2024

Alveşdən intihar açıqlaması: "Necə bu qədər qəddar ola bilirsiniz?"

Braziliyalı jurnalist Paulo Albukerkenin sosial şəbəkələrdə Dani Alveşin həbsxanada intihar etməsi haqda məlumatı geniş əks-səda doğurdu.

Qaynarinfo-nun məluamatına görə, keçmiş futbolçunun qardaşı, müğənni Ney Alveş sosial şəbəkələr vasitəsilə təkzib mesajı göndərib və pərəstişkarlarını sakitləşdirən açıqlam verib. O, "İnsanların nə qədər qəddarlığı var. O, yalnız özünün etdiklərinə və kişi hamamına girən qadının sözlərinə görə artıq məhkum olunub və qınanıb. Bu, kifayət deyilmi? İndi ən pisi odur ki, onun ölməsini istəyirlər. Necə bu qədər qəddar ola bilirsiniz? Atamın 70-dən çox yaşı var. Anamın yaşı 60-ı keçib. Onların ailəsi yoxdur, elə deyilmi? Səhifələr isə bunları yaymaqda davam edir” - deyə bildirib.

Braziliyalı müğənni artıq hüquqşünaslara müraciət edib və keçmiş futbolçunun həbsxanada həyatını itirə biləcəyini yayan şəxsə qarşı qanuni tədbirlər görüləcəyini bildirib. Paulo Albukerke isə "Danielzinho de Nova"ya istinad etdiyini bildirən başqa bir tvitlə geri çəkilib. "X” sosial şəbəkəsi istifadəçiləri hər ehtimala qarşı, bu məlumatın yalan olduğunu bildirən not yayımladılar.

Dani Alveş haqda ümumilikdə doqquz il altı ay müddətinə həbs cəzası verilib. O, bunun dörd ilyarımını həbsxanada, qalan müddəti isə nəzarət altında, zərərçəkmişdən uzaqda keçirməli və onunla ünsiyyət qurmamalıdır. Bundan əlavə o, 150 min avro təzminat və məhkəmə xərclərini ödəməlidir. Keçmiş futbolçu artıq bir il, bir ay və 18 gün həbs cəzası çəkib. Bu səbəbdən ona üç ay ərzində üçüncü dərəcəli həbs cəzası verilsə, Alveş həbsxanada yalnız qalma, nəzarət altında olan həftə sonları azadlığı və sair kimi müəyyən imtiyazlar əldə edə bilər.

Səbuhi Həsənov

 
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->