Xəbər lenti

Alveş həbsdən çıxan kimi əyləncəli ziyafət təşkil edib
İdman 14:44 28.03.2024

Alveş həbsdən çıxan kimi əyləncəli ziyafət təşkil edib

Ötən il təcavüzə görə həbs olunan və bir neçə gün öncə bir milyon avro qarşılığında azadlığa buraxılan Dani Alveş əyləncəsindən qalmır. 

Qaynarinfo-nun məlumatına görə, futbolçu həbsdən çıxdıqdan bir neçə gün sonra evində ziyafət verib. İspaniyada verilişləriin birində yer alan xəbərlərə görə, "Barselona"nın keçmiş futbolçusu təşkil etdiyi qonaqlıqda aparıcı kimi fəaliyyət göstərib. Futbolçu atası Dominqos Alveş Da Silvanın ad gününü qeyd edib.

Verilişin müxbiri Alveşin keçirdiyi şənlik haqqında, "Gecə onlar bu evə gəldilər. Jurnalistlər getdikdən sonra onlar Dominqos Alveş Da Silvanın ad gününü birlikdə qeyd etdilər" - sözlərini söyləyib. Qonaqlar tədbirin səhər saat beşə qədər davam etdiyini, orada Alveşin ailəsinin, həmçinin bəzi şəxsi dostlarının iştirak etdiyini bildirib. 

14 ay beşgünlük həbsdən sonra Alveş lazım olan bir milyon avronu toplayaraq Kataloniya məhkəməsi tərəfindən azadlığa buraxıldı. 

Alveş bir milyon avroluq girovla yanaşı, vəkil İnes Qvardiolanın rəhbərliyi altında həm Braziliya, həm də İspaniya vətəndaşlığına malik olduğu iki pasportunu da təhvil verib. İspaniya ədliyyə sistemi braziliyalıya yeni pasport verməmək qərarını bildirib.

Alveşlə bağlı məhkəmə tərəfindən 4,5 illik həbs qərarı çıxarılmışdı. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->