Xəbər lenti

Aİ Gürcüstana çağırış etdi: Venesiyanın göstərişlərinə əməl edin
Dünya 13:33 23.05.2024

Aİ Gürcüstana çağırış etdi: Venesiyanın göstərişlərinə əməl edin

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Gürcüstan rəsmilərini Venesiya Komissiyasının tövsiyələrini nəzərə almağa və "xarici agentlər” haqqında mübahisəli qanunu geri götürməyə çağırıb.

Qaynarinfo bu barədə NV-yə istinadla xəbər verir.

"Avropa Şurası Gürcüstana Xarici Təsir Qanununu indiki formada ləğv etməyi şiddətlə tövsiyə etdi. Biz gürcü demokratiyasının fundamental elementlərini qorumaq üçün hakimiyyəti bu tövsiyəyə əməl etməyə çağırırıq”, - o, X (Twitter) səhifəsində yazıb.

"Financial Times” mayın 16-da yazıb ki, "xarici agentlər” haqqında qanun qüvvəyə minərsə, Avropa İttifaqı Gürcüstanın üzvlük müraciətini dondura bilər. NATO Gürcüstan hökumətinə də xəbərdarlıq edib ki, bu qanun ölkənin NATO və Aİ-yə üzvlüyü ilə bir araya sığmır.

Mayın 18-də Salome Zurabişvili xarici təsirin şəffaflığı haqqında qanuna veto qoyub.

Onun sözlərinə görə, qanun ölkə konstitusiyasına, Avropa standartlarına ziddir və "beləliklə, bizim Avropa yolumuza maneədir”.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->