Azərbaycan Demokrat Partiyası parlament seçkilərində iştirak edəcək.
Bu barədə Qaynarinfo-ya partiyanın sədri Sərdar Cəlaloğlu məlumat verib.
Sədr partiyada seçki ilə bağlı hələlik bir qərarın olmadığını vurğulayıb:
"Konkret mənə gəlincə, namizədliyimi irəli sürməklə bağlı hələ konkret fikrim yoxdur. Bu məsələ seçkilər zamanı mövcud olan vəziyyətdən asılı olacaq".
Sədr qeyd edib ki, parlament siyasi qüvvələrin sivil mübarizə meydanı olmalıdır:
"Bu gün bunu görmürük. Parlament icra hakimiyyətinin bir əlavəsi kimi fəaliyyət göstərir. Milli Məclis siyasi liderlərin, dövlətin, xalqın taleyi ilə düşünən adamların yeridir”.
Bahar Rüstəmli
Şərhlər