Xəbər lenti

ADP 5 min imzanı toplaya biləcəkmi?
Siyasət 16:51 07.03.2023

ADP 5 min imzanı toplaya biləcəkmi?

"Azərbaycan Demokrat Partiyasında 5 minlik üzvün imzasını toplamaqla bağlı problem olmayacaq. Amma bizim hökumətin iş prinsiplərini nəzərə alsaq, nələrin yaşanacağını proqnozlaşdırmaq o qədər də asan deyil”. 

Bunu Qaynarinfo-ya açıqlamasında partiyanın sədr müavini Həsrət Rüstəmov deyib. Siyasətçi hesab edir ki, qanuna yeni dəyişikliklərin edilməsi çoxpartiyalı sistemə faydalı deyil, əksinə məhdudiyyət gətirir: 

"Amma qanun qəbul edilib, proqressiv hesab etməsək belə fəaliyyətimizi ona uyğunlaşdırmaq məcburiyyətindəyik. Biz qanunla öhdəmizə düşən prosedurlara əməl etmək imkanındayıq". 

Həsrət Rüstəmov deyir ki, qeydiyyatla bağlı prosesə rəhbərlik etmək partiya sədrinin müavinləri Taliyyət Əliyev və Nizami Məmmədzadəyə həvalə olunub:

"İş başlanılıb, regional təşkilatlar və yerli partiya funksionerləri işə cəlb olunur. Bir sözlə, proses başlayıb, təqribən bir aya nəzərdə tutulan qaydada sənədlərin hazırlanıb başa çatdırılması nəzərdə tutulur”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->