Xəbər lenti

ABŞ Zelenskinin
Dünya 12:49 17.10.2024

ABŞ Zelenskinin "qələbə planı"nın əsas bəndindən imtina etdi

Ukrayna yaxın gələcəkdə NATO-ya üzv ola bilməyəcək. 

Qaynarinfo "RBC Ukrayna”ya istinadən xəbər verir ki, bunu ABŞ-ın Şimali Atlantika Alyansındakı daimi nümayəndəsi Culianna Smit deyib.

"Hazırda Alyansın qısa müddətdə dəvət vermək barədə danışacağı mərhələdə deyilik”, - Smit bildirib. 

Eyni zamanda Smit xatırladıb ki, ötən yay NATO Ukraynaya bloka istənilən halda üzv olacağını vəd edib. "Düşünürəm ki, NATO-nun bununla bağlı mövqeyi çox aydındır”, - amerikalı diplomat deyib. 

Daimi nümayəndə əlavə edib ki, alyans Kiyevlə üzvlüklə bağlı danışıqları davam etdirəcək. Culianna Smit həmçinin bildirib ki, ABŞ Ukraynaya hərbi yardım göstərməyə davam edəcək, lakin ABŞ tərəfinin Rusiyanın dərinliklərinə Qərb silahları ilə zərbələrə icazə verilməsi məsələsində mövqeyi dəyişməz olaraq qalır. 

Xatırladaq ki, oktyabrın əvvəlində NATO-nun yeni baş katibi Mark Rütte bildirib ki, Ukrayna alyansın üzvü olmalıdır, çünki onsuz Avropada davamlı təhlükəsizliyə nail olmaq mümkün deyil. "Bizim prioritetlərimiz eyni olaraq qalır. Xüsusilə Ukraynada onun müstəqil demokratik dövlət kimi yaşamasını təmin etməliyik”, - Rütte andiçmə mərasimində deyib.

O, həmçinin alyansın Vaşinqtonda keçirilən yay sammitində Kiyevə vəd edilən yardım paketini həyata keçirəcəyinə söz verib. "Bu, komandanlığın yaradılması, maliyyə yardımı və Ukraynanın NATO-ya üzvlüyü istiqamətində geridönməz hərəkətinə aiddir, çünki Ukraynanın yeri NATO-dadır”, - deyə yeni baş katib vurğulayıb.

Oktyabrın 16-da Ukrayna prezidenti Volodimir Zelenski Ali Radaya "qələbə planı” təqdim edib, onun ilk dörd bəndini Kiyev 2024-cü ilin oktyabrından dekabrına qədər həyata keçirməyi planlaşdırır. Sənəd beş bənd və üç məxfi əlavədən ibarətdir. İlk növbədə, Zelenskinin fikrincə, Ukrayna NATO-ya dəvət almalıdır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->