Xəbər lenti

ABŞ-ın növbəti prezidenti qadın olacaq? (ŞƏRH)
Dünya 17:52 10.06.2024

ABŞ-ın növbəti prezidenti qadın olacaq? (ŞƏRH)

"ABŞ-da qadının prezident olması ehtimalı real deyil”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Rüstəm Tağızadə ABŞ-dakı noyabr seçkiləri barədə amerikalı siyasi şərhçi Con Varolinin verdiyi proqnozu şərh edərkən deyib.

Ekspert bildirib ki, ABŞ-da kimin qalib gələcəyini müəyyənləşdirmək üçün əslində seçkilərin son həftələrinə nəzər yetirmək lazımdır:

”Çünki bu ölkədə seçki prosesi bir qədər mürəkkəb keçir. Hər an hər şey dəyişə bilər. Onu da deyim ki, Donald Trampın seçilmək şansı da qalır. Düzdür, məhkəmə prosesləri və ona qarşı ittihamlar davam etsə də, onunla Bayden arasında şanslar 50-nin 50-yədir”. 
 


Politoloq bildirib ki, Baydenin Ukrayna siyasəti və müharibə siyasəti ilə əlaqədar ölkə daxilində ona qarşı nifrət artıb:

"Bir sözlə, ABŞ-da seçkilər ərəfəsi ikitirəlik yaranıb. Ancaq təbii ki, istisnalar da var. Qadınların ABŞ-da prezident olması o qədər də real görünmür. Hillari Klinton, Mişel Obama və Kamala Harrisdən daha nüfuzlu olub, amma seçilə bilmədi. Hər halda seçkilərə həftələr qalmış çox şey aydınlaşacaq. ABŞ-ın siyasəti mürəkkəb olduğundan, daxili və xarici faktorlardan asılı olduğundan hər an hər şey dəyişə bilər”. 

Qeyd edək ki, siyasi şərhçi və geosiyasət sahəsində ekspert Con Varoli noyabr seçkilərində Donald Trampın qalib gəlmək şansı çox az olduğunu iddia edib. Amma o, demokratların namizədinin indiki prezident Co Bayden olmayacağını da düşünür: "Seçkilərdə demokratların namizədinə 99 faiz şans verirəm. Məncə, Mişel Obama, bəlkə də Kamala Harris namizəd olacaq, amma Bayden olmayacaq”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->