Xəbər lenti

8 cüdoçumuz
İdman 10:19 31.03.2023

8 cüdoçumuz "Böyük Dəbilqə"də tatami üzərinə çıxacaq

Bu gün Antalyada Böyük Dəbilqə turniri start götürəcək.
 
Qaynarinfo-nun məlumatına görə turnirinin ilk günündə 5 çəki dərəcəsində 8 cüdoçumuz tatamiyə çıxacaq. 

Kişilər arasında -60 kq. çəkidə Kəramət Hüseynov və Nazir Talıbov, -66 kq. çəkidə Orxan Səfərov və Yaşar Nəcəfov medallar uğrunda mübarizə aparacaq. Qadınlar arasında isə -48 kq. çəkidə Leyla Əliyeva və Könül Əliyeva, -52 kq. çəkidə Gültac Məmmədəliyeva, -57 kq. çəkidə Fidan Əlizadə güclərini sınayacaq.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->