Xəbər lenti

31 il əvvəl Daşaltıda itkin düşmüş şəxsin meyitinin qalıqları Şamaxıya gətirildi
Ölkə 12:53 23.08.2023

31 il əvvəl Daşaltıda itkin düşmüş şəxsin meyitinin qalıqları Şamaxıya gətirildi

Birinci Qarabağ müharibəsi zamanı Şuşanın Daşaltı kəndində itkin düşmüş Baba Mikayılovun meyitinin qalıqları Şamaxı rayonunun Göylər kəndinə gətirilib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, onun nəşini Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq mühafizə orqanlarının əməkdaşları, ailə üzvləri, yaxınları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri qarşılayıblar.

Hazırda B.Mikayılovla vaxtilə yaşadığı evdə vida mərasimi keçirilir.

Mərasimdən sonra onun meyitinin qalıqları Göylər kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Mikayılov Baba Balakişi oğlu 1969-cu il sentyabrın 22-də Şamaxı rayonunun Göylər kəndində anadan olub.

1992-ci ilin yanvarın 26-da Şuşanın Daşaltı kəndi uğrunda edən döyüşlər zamanı itkin düşüb.

Daşaltı erməni işğalından azad olunandan sonra kənddə azərbaycanlıların basdırıldığı kütləvi məzarlıq aşkarlanıb.

Ekspertiza zamanı meyit qalıqlarından birinin B.Mikayılova məxsus olduğu təsdiqlənib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->