Xəbər lenti

31 il əvvəl Ağdamdan gətirdiyi tapançayla tutuldu - Qəbiristanlıqda gizlədirmiş...
Ölkə 17:46 07.03.2024

31 il əvvəl Ağdamdan gətirdiyi tapançayla tutuldu - Qəbiristanlıqda gizlədirmiş...

Bakıda 31 il əvvəl Qarabağ müharibəsi zamanı götürdüyü tapançanı üzərində gəzdirən şəxsə höküm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, 1961-ci ildə Bakı şəhərində doğulmuş, ali təhsilli, taksi sürücüsü işləyən Zabil Zamanov (ad-soyad şərti) 1993-cü ildə Qarabağda gedən döyüşlərdə könüllü olaraq iştirak etmək üçün Ağdam rayonuna gedib. Bir neçə gün orada qalıb, lakin döyüş əməliyyatlarına cəlb olunmayıb, geri qaytarılıb. Ağdamdan qayıdarkən 7 ədəd 9x18 mm kalibrli patron və tapançanı Bakıya gətirib. 

Elə həmin ildən tapançanı Binəqədi qəsəbə qəbiristanlığında basdıraraq gizlədib. Sonradan o, mütəmadi olaraq qəbiristanlığa baş çəkib, silahı yağlayaraq yerinə qoyurmuş.

Taksi fəaliyyəti ilə məşğul şəxs bir günlük silahı üzərində gəzdirib. Elə həmin gün polis tərəfindən tutulub və barəsində Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi açılıb. 

Məhkəmənin hökmü ilə Zabil Zamanov həmin maddə ilə təqsirli bilinib və 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->