"McLaren" sürücüsü Lando Norris xəstəxanadan evə buraxılıb
Qaynarinfo-nun məlumatına görə, Norrisin gələn həftə Abu-Dabi-də keçiriləcək Qran-priyə qatılacağı gözlənilir.
Pilot İnstaqramda son durumu ilə bağlı paylaşım edib:
"Çətin bir gün. Böyük bir zərbə. Amma özümü yaxşı hiss edirəm! Bütün mesajlar üçün təşəkkür edirik. Gələn həftə sonu görüşənədək. Las-Veqas Qran-prisi həftəsonumuz uğursuz nəticə ilə başa çatdı. Sürətimi artırarkən, maşını yerə sürtdüm, idarəetməni itirdim və divara çırpıldım. Həftə sonunun belə bitməsini istəmədik. Məni müayinə edən tibb işçilərinə və komandaya indi nəqliyyat vasitəsi ilə bağlı görəcəkləri işlərə görə təşəkkür edirəm. Bir həftə ərzində sağalıb Abu Dabidə mövsüm finalı üçün yenidən cəhd edəcəyəm".
"McLaren" pilotu açılış yarışının üçüncü dövrəsində 290 km/saat sürətlə hərəkət edərkən idarəetməni itirərək beton divara çırpılmışdı. 24 yaşlı britaniyalı sürücü qəzadan sonra Las-Veqasda tibb mərkəzinə aparılıb.
Norrisin gələn həftəsonu Abu-Dabidə mövsümün son yarışına hazır olacağı gözlənilir və "McLaren" ona Beynəlxalq Avtomobil Federasiyasının (FIA) həkim komandası tərəfindən yaşıl işıq yandıracağına əmindir.
Səbuhi Həsənov
Şərhlər