Xəbər lenti

25 il əvvəlki qalmaqal Mayk Taysona milyonlarla dollar qazandırıb
İdman 11:41 17.10.2022

25 il əvvəlki qalmaqal Mayk Taysona milyonlarla dollar qazandırıb

Dünyaca məşhur boksçu Mayk Tayson 1997-ci il iyunun 28-də keçirilən matç zamanı Evander Holifildin qulağını dişləməsinin ona pul qazandırdığını açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, Tayson xeyli müzakirələrə səbəb olan bu hadisənin ona 30 milyon dollar qazandırdığını deyib. "İndependent"in xəbərinə görə, "Checc'n In Podcast with Big U" podkastına qatılan Tayson həmin olayla bağlı açıqlamasında "Bu hadisəyə görə 3 milyon dollar cərimə olundum. O vaxtdan bəri 30 milyon dollar qazandığımı düşünürəm" - sözlərini söyləyib.

Hadisədən sonra boks yarışlarından diskvalifikasiya edilən Tayson lisenziyasını itirsə də, sonradan ona yenidən yarışmağa icazə verildi. Taysonla Holifild bu hadisədən 12 il sonra görüşüb və aralarındakı buzları əridib.

56 yaşlı idmançı Holifildin ona bir neçə dəfə kəllə atdığını, amma buna baxmayaraq hakim tərəfindən cəzalandırılmadığını əsas gətirərək rəqibinin qulağını dişlədiyini söyləyib. Tayson mart ayında bu hadisəyə həsr olunmuş dişlənmiş qulaq şəklində yeməli marixuana hazırlayıb satarkən də gündəmə gəlib.

Tayson ağır çəkidə titul qazanan ən gənc boksçu ünvanını əlində saxlayır. "Dəmir Mayk” ləqəbi ilə də tanınan boksçu bu çempionluğu 20 yaşında qazanıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->