"Apple” sentyabrın 18-də iOS 17 əməliyyat sistemlərinin yeni versiyasını təqdim edib.
Bu barədə Qaynarinfo "Apple” şirkətinin bəyanatına istinadən xəbər
verir.
Əməliyyat sisteminizi necə yeniləmək olar?
Əməliyyat sistemini ən son versiyaya yeniləmək üçün "Parametrlər" menyusuna keçməlisiniz, sonra "Əsas" seçin və sonra "Proqram təminatının yenilənməsi" düyməsini basın.
Bildirilir ki, yenilənmə iPhone XS və sonrakı modellər, iPad Pro 12,9 düymlük 2-ci nəsil və sonrakı modellər, iPad Pro 10,5 düymlük, iPad Pro 11 düymlük 1-ci nəsil və daha sonrakı modellər, iPad Air 3-cü nəsil və daha sonrakı modellər, iPad 6-cı nəsil və daha sonrakı modellər, iPad mini 5-ci nəsil və daha sonrakı modellər üçün əlçatan olacaq.
İstifadəçilər hansı yeni funksiyalara sahib olacaqlar?
StandBy rejimi - uzaqdan baxmaq üçün informasiyanı bütün ekranda böyük şriftlə rahat şəkildə göstərən yeni tamekranlı iş rejimi.
İnteraktiv vidjetlər - bunlar iPhone-un əsas ekranında, kilid ekranında və yeni gözləmə rejimində mövcud olacaq.
Təkmilləşdirilmiş avtomatik düzəltmə - iOS 17 ən müasir dil modelinə malikdir, bu da iPhone-da avtokorreksiyanı əhəmiyyətli dərəcədə təkmilləşdirəcək.
NameDrop - iOS 17-də iki istifadəçiyə sadəcə iPhone-larını birləşdirərək əlaqə məlumatlarını paylaşmağa imkan verən funksiyadır.
Həmçinin məlum olub ki, stiker paneli, əlaqələr posteri, real vaxt rejimində səsli poçt, iMessage-da cavab vermək svayp, Apple Maps Offline və Hey Siri əvəzinə sadəcə Siri olacaq.
Nizami Bağırov
Şərhlər