Rusiya Federal Vergi Xidməti Ultimate Fighting Championship (UFC) üzrə yüngül çəkidə keçmiş çempion Həbib Nurməhəmmədovun hesablarına həbs qoyub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, buna səbəb idmançının 297 milyon rubl məbləğində borcu olub. Bundan əvvəl vergi məmurları Nurməhəmmədovun bir neçə şirkətini rəsmi sənədlərdəki yalan məlumatlara görə cərimə edib.
Həbib Nurməhəmmədov son döyüşünü 2020-ci ilin payızında amerikalı Castin Qetcini məğlub edərək keçirib. Döyüşdən dərhal sonra o, anasına atasız döyüşməyəcəyinə söz verdiyini izah edərək, peşəkar karyerasını başa vurduğunu açıqlayıb. Nurməhəmmədov təqaüdə çıxdıqdan sonra "Eagle FC" promosyonunu təsis edib.
İdmançı qarışıq döyüş növləri (MMA) üzrə 29 döyüş keçirib və onların hər birində qalib gəlib. 2021-ci ildə İctimai Rəy Fondunun sorğusu nəticəsində Həbib idmanda ilin adamı seçilib.
Aydın
Şərhlər