Türkiyənin "Baykar" şirkətinin baş direktoru Haluk Bayraktar "Bayraktar Akıncı” pilotsuz uçuş aparatının Ukraynaya tədarük məsələsini nəzərdən keçirdiyini bildirib. O, aydınlaşdırıb ki, Ukraynada bu və ya digər tipli PUA istehsalı üçün Türkiyə hökumətindən icazə almaq lazımdır.
Qaynarinfo xəbər verir ki, o, bu barədə "Azadlıq Radiosu”na müsahibəsində
danışıb.
"Bayraktar Akıncı”ya gəlincə, bildiyim qədər bu məsələ nəzərdən keçirilir”, - Bayraktar bildirib. Yeni PUA-ların mümkün tədarükünün vaxtı dəqiqləşdirilməyib.
Qeyd edək ki, iyul ayında Türkiyə və Ukrayna pilotsuz uçuş aparatların birgə istehsalının inkişafına dair memorandum imzalayıb. Elə həmin ay Ukraynada "Bayraktar” PUA-sının istehsalı müəssisəsinin tikintisinə başlanılıb. Haluk Bayraktar 2025-ci ildə ölkədə "Bayraktar TB2” və "Bayraktar Akıncı” istehsalına başlamağı gözlədiyini söyləyib. Türk istehsalçı zavoda 100 milyon dollar sərmayə qoyacaq.
Nizami Bağırov
Şərhlər