Sumqayıt şəhərində 3 uşaq anası sevgilisi tərəfindən fiziki zorakılığa məruz qalıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
Sədr uşaqların ekspertiza olunduğunu bildirib:
"Qızlar bacıdır. Uşaqların anasını sevgilisi öz gününə salıb, narkotikdən asılı edib. Uşaqlar hazırda sığınacağa təhvil verilib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının atdığı addımlar bizə maraqlıdır. Ortada zorakılıq faktı və ekspertiza rəyi var, amma onları bu hala salan adam azadlıqdadır”.
Sədr məsələ ilə bağlı Sumqayıt şəhər 4-cü Polis Bölməsi tərəfindən 12 iyun 2022-ci ildə təhqiqat başlandığını vurğulayıb:
"Bir ildir ki uşaqlar təhsildən yayınıblar...”
Bahar Rüstəmli
Şərhlər