Bu gün Bakıda keçirilən "IronWind 70.3” turnirində 3 nazir də qüvvəsini sınayıb.
Qaynarinfo xəbər verir ki, bu haqda Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev sosial şəbəkədə paylaşım edib.
"İdman tariximizdə ilk dəfə olaraq bu gün 3 nazir yarışda qüvvəsini sınayıb. Müdafiə sənayesi naziri Mədət Quliyev, yüksək texnologiyalar və nəqliyyat naziri Rəşad Nəbiyev, gənclər və idman naziri Fərid Qayıbov "IronWind 70.3” triatlon turnirində iştirak ediblər”, -deyə nazirlik sözcüsü qeyd edib.
Şərhlər